ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, avtomobillərin və onların ehtiyat hissələrinin artması avtomobillərin sığortası üzrə ödənişlərin artmasına səbəb olacaqdır.
"Təbii ki, manat ucuzlaşdığından xaricdən idxal olunan mallar, o cümlədən avtomobillər və onların ehtiyat hissələrinin qiymətinin artacağı gözlənilir. Bu da qəza zamanı qiymətləndirmə və təmir xərclərini artırır. Bu da ödənişlərin artması ilə nəticələnəcəkdir. Eyni zamanda dərmanların qiyməti artdığından tibbi sığorta üzrə xərclər də artacaqdır”.
Orxan Bayramov qeyd edib ki, avtomobillərin qiyməti artdığından şirkətlərin KASKO üzrə yığımları artacaqdır. "Məsələn, bir var 20 min manatlıq avtomobilə görə sığorta haqqı alınsaın, bir də var 25 min manatlıq avtomobildən. ”
Qeyd edək ki, son məlumatlara görə, avtomobil ehtiyat hissələrinin qiymətində 40% müşahidə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !