Nəşrin yazdığına görə, Fransanın baş naziri Mişel Barnyenin hakimiyyətdə qalmaq üçün son şansı var. Bunun üçün o, Le Penin Milli Mitinq partiyasının 2025-ci il dövlət büdcəsi layihəsi ilə bağlı tələblərini təmin etməlidir.
Barnier müxalifətin tələblərini yerinə yetirməkdən imtina edərsə, hökumətin istefası təklifini Yeni Xalq Cəbhəsi irəli sürəcək və o, öz növbəsində Le Penin partiyası tərəfindən dəstəklənəcək.
Bundan əvvəl politoloq Arina Preobrajenskaya Fransada keçiriləcək seçkilərdə Le Penin əvəzlənməsi ehtimalını dəyərləndirib. Onun sözlərinə görə, Milli Mitinq partiyası parlamentdəki fraksiyasının rəhbəri Marin Le Peni məhkəmədə təqsirli bilinəcəyi təqdirdə 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi dəyişdirməyə hazırdır.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !