Ötən sutka ərazində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri ətrafında baş verən toqquşmalar zamanı Ukrayna Silahlı Qüvvələrinin 5 hərbçisi həlak olub.
APA-nın "censor.net.ua” saytına istinadən verdiyi xəbər görə, bu barədə "Donbas” batalyonunun "Facebook” səhifəsində məlumat yayılıb.
"Dünən düşmənin fəallaşması fonunda "Donbas” batalyonu Mariupolun müdafiəsi üçün Ukrayna Silahlı Qüvvələrinin 40-cı batalyonuna yardım edib. Döyüşlər nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 5 hərbçisi həlak olub. "Donbas” batalyonu itki verməyib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Misnk-2 razılaşmalarına uyğun olarsaq hazırda Donbasda atəşkəs rejimi davam etsə də, hər gün lokal toqquşmalar baş verir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !