ABŞ alimləri yeni bir kəşf həyata keçirmək niyətindədirlər.
ANS PRESS-in məlumatına görə, ABŞ alimləri Marsdakı mikroorqanizmlərin planetimizdə olan mövcud şərtlər daxilində canlandırıla biləcəyini düşünərək, yeni planlar üzərində işləyirlər.Arizona Universitetinin elmi işçiləri "Qırmızı planet"də mikroorqanizmlərin olduqlarını bildirirlər. Xüsusilə su olan kraterlərdən planlaşdırılan Odisseya kosmik gəmisi vasitəsilə buz nümunəsinin alınmasının mümkün olacağı gözlənilir. Alimlər orada dünya şərtləri daxilində həyata qaytarılması mümkün olan mikrobların var olduğuna ümid edirlər. Qeyd edək ki, alimlər bu məqsədlər üçün dünyanın əlverişli bir yer olduğunu bildirirlər.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !