Kanal-13-ün rəhbəri Əziz Orucovun işi üzrə istintaqla bağlı çıxarılan məhkəmə qərarı əsasında Amerikanın German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin şəxsi bank hesablarına həbs qoyulub. Bu barədə Rəhimli özü məlumat verib.
"2018-ci ildən Marshall Fondu Azərbaycanda media proqramları icra etməyib. Lakin belə proqramlar olsaydı belə, bunun şəxsi hesablara nə aidiyyatı ola bilər?", - Rəhimli qeyd edib.
O həmçinin bildirib ki, , hesabına həbs qoyulması haqqında rəsmi qərarın təqdim edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib və rədd cavabı alıb.
"Bankdan yalnız hesablara Səbail Rayon Polis idarəsinin təqdimatı əsasında həbs qoyulduğu haqqında çıxarış verilib. Çıxarışda bu qərarın hansı əsaslarla qəbul edildiyi göstərilməyib", - Rəhimli bildirib. .
Rəhimli məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Hazırda Marshall Fondu Azərbaycanda qadınların iqtisadi hüquqlarının, vətəndaşların, o cümlədən veteranların sosial hüquqlarının, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində layihələr həyata keçirir.
ABŞ-ın German Marshall Fondu (GMF) 1972-ci ildə təsis edilib, ABŞ və Avropa arasında əməkdaşlıq məsələləri ilə məşğul olan analitika mərkəzidir. Qərargah mənzili Vaşinqtonda yerləşir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !