Mart ayında ən çox sıxlıq müşahidə olunan küçələr – SİYAHI

16:27 | 03.04.2015
Mart ayında ən çox sıxlıq müşahidə olunan küçələr – SİYAHI

Mart ayında ən çox sıxlıq müşahidə olunan küçələr – SİYAHI

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 2015-ci ilin mart ayı ərzində paytaxtın küçə və prospektlərində qeydə alınmış nəqliyyat vasitələrinin sayı haqqında statistik məlumatları açıqlayıb.

NİİM-dən Oxu.Az-a verilən məlumata görə, 2015-ci ilin mart ayı ərzində nəqliyyat vasitələrinin sayı ən çox Heydər Əliyev prospektində qeydə alınıb, 70 710 avtomobilin şəhər istiqamətində, 67 266 avtomobilin Heydər Əliyev adına Hava Limanı istiqamətində hərəkət etdiyi müşahidə olunub.

Nəqliyyatın sıxlığına görə, sonrakı yerləri Neftçilər prospekti və Üzeyir Hacıbəyov küçəsi tutur. 

Neftçilər prospektində Port Baku TM istiqamətində 67 825, "AzNeft” istiqamətində 38 191, Üzeyir Hacıbəyov küçəsində qərb istiqamətində isə 61 024 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. 

Rəşid Behbudov və Yusif Səfərov küçələri də ən çox sıxlıq müşahidə olunan yollar sırasındadır. Ay ərzində Rəşid Behbudov küçəsində 50 492,  Yusif Səfərov küçəsində Heydər Əliyev prospekti 54 107, şəhər istiqamətində 44 385 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. 

Mart ayı ərzində Şıxəli Qurbanov küçəsində şimal istiqamətində 30 761, cənub istiqamətində 29 049, Alfred Nobel prospekti şərq istiqamətində 37 001, qərb istiqamətində 38 040 nəqliyyat vasitəsinin hərəkəti qeydə alınıb. Zərifə Əliyeva küçəsindən qərb istiqamətində 41 131 avtomobil keçib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM