Martirosyan bu qədər işgəncə qarşılığında niyə Avropa dövlətlərinin birindən sığınacaq almaq istəməyib, axı sadaladıqları faktlarına görə o, buna asanlıqla nail ola bilərdi" - politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu öz "Facebook" səhifəsində erməni müxalifətçinin Azərbaycandan sığınacaq istəməsini məsələsini şərh edib.
ANN.Az xəbər verir ki, politoloq Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Azərbaycana gəlməsi xəbərini eşitdikdə birinci reaksiyası belə olduğunu deyib: "Martirosyan bu qədər işgəncə qarşılığında niyə Avropa dövlətlərinin birindən sığınacaq almaq istəməyib, axı sadaladıqları işgəncə faktlarına görə o, buna asanlıqla nail ola bilərdi? Bu sualın iki cavab variantı var: Ya Martirosyan "riskə gedib" Azərbaycana sığınmaqla nifrət etdiyi Serj Sarkisyan rejiminə zərbə vurmaq istəyib, ya da bu qaçış strateji bir planın tərkib hissəsidir. Nəyi nəzərdə tuturam? ABŞ bölgədə müharibədə maraqlı deyil, azərbaycanlılarla ermənilərin barışmasını istəyir. Bu anda Ermənistanda incidilən siyasi və ictimai xadim Azərbaycana pənah gətirir. İlk baxışdan bu gəliş Azərbaycanın xeyrinədir. Bütün dünyaya nümayiş etdiririk ki, Sarkisyan rejimi despotikdir, Martirosyan nümunəsində göstəririk ki, opponentlərini əzir. Azərbaycana hörmətlə yanaşan ermənilərlə problemimizin olmadığını nümayiş etdiririk. Sonuncu bənd bizim "Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan Konstitusiyası çərçivəsində bütün hüquqları verməyə hazırıq" tezisimizi də gücləndirir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, bu gəlişin alt qatları daha maraqlıdır: "Martirosyanın ardınca başqa ermənilər də Azərbaycandan siyasi sığınacaq istəsələr, onlarla nə edəcəyik? Sualı belə də qoymaq olar: Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə bu ermənilərdən necə istifadə edəcəyik? Əlbəttə, işğalçı Ermənistana qarşı təbliğatımızda bu ermənilər bizim işə yarayacaq. Ancaq Azərbaycana pənah gətirən ermənilər eyni zamanda əl-qolumuzu da bağlaya bilər. Məsələn, Martirosyan mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda referendum keçirilsə, əhali Azərbaycanı seçər. Bunun nə dərəcədə həqiqəti əks etdirdiyini söyləmək çətindir. Ancaq əgər belədirsə, ətraf rayonları güc yoluyla azad etmək istəyiriksə, həmin amerikalılar bizə deyəcəklər ki, "görürsüz Martirosyan da deyir ki, Qarabağ erməniləri sizə üstünlük verirlər, ona görə onları ələ alın". Buna görə məndə belə bir şübhə var ki, Martirosyanın Azərbaycana pənah gətirməsi okeanın o tayındakı beyin mərkəzlərinin hazırladığı strateji bir ssenarinin tərkib hissəsidir. Məqsəd bölgədə mümkün müharibənin qarşısını almaqdır.
Politoloq sonda qeyd edib ki, Martirosyan niyə Almaniya və Fransada siyasi sığınacaq almaq imkanı varkən, niyə Bakını seçdi? Ancaq bütün hallarda kənarda hazırlanan "strateji plan" nə olursa-olsun Sarkisyandan qaçan ermənilərin Azərbaycanda qəbuluna müsbət baxıram. Birincisi, təbliğat müharibəsində işimizə yarayır, ikincisi Martirosyanın gəlişi Azərbaycanın Dağlıq Qarabağdakı erməniləri yox etmək kimi bir planının olmadığını, tam əksinə birgə yaşayamaq formulunu dünyaya göstərmək üçün yaxşı nümunədir".
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !