Gün ərzində havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mülayim şimal küləyi əsəcək.
Havanın hərarəti gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 1-6 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metehəssas insanlar üçün əsasən əlverişlidir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !