Masallı və Astaranın bir hissəsində qazın verilişi müvəqqəti dayandırılacaq

20:01 | 08.09.2024
Masallı və Astaranın bir hissəsində qazın verilişi müvəqqəti dayandırılacaq

Masallı və Astaranın bir hissəsində qazın verilişi müvəqqəti dayandırılacaq

Masallının üç yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Report"un məlumatına görə, Masallı rayon ərazisində yerləşən "Alvadı” QPS-dən qidalanan qaz xəttlərinin kipliyə yoxlanılması üçün Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2 100 abonentin qaz təchizatının 10 sentyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Həmçinin 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına əsasən Astara rayon Ərçivan qəsəbəsində ŞQTM-500 markalı tənzimləyicinin və siyirtmənin quraşdırılması ilə əlaqədar Ərçivan qəsəbəsində ümumilikdə 320 abonentin qaz təchizatının 9 sentyabr saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM