Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonunda regional "ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional "ASAN xidmət” kompleksinin tikintisi üçün 9 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !