Masazırda ev partladı: xəsarət alanlar var

09:39 | 12.12.2013
Masazırda ev partladı: xəsarət alanlar var

Masazırda ev partladı: xəsarət alanlar var

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. ANS PRESS-in FHN-in saytına istinaən verdiyi məlumata görə, yanğın nəticəsində ev yanıb. Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib. Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM