"Maşın şou"nun iştirakçısı Murad Dadaşovu ŞOKA SALDI - FOTO

00:18 | 20.12.2018

"Maşın şou"nun iştirakçısı Murad Dadaşovu ŞOKA SALDI - FOTO

"Maşın Şou"nun iştirakçısı Xose Bernado verilişin aparıcısı Murad Dadaşovu şoka salıb. 
 
Anews.az xəbər verir ki, şounun bu günki buraxılışında səsverməyə qaradərili məhşur aparıcı Xose Bernardo çıxıb. Hədəfini açıqlamayan X. Bernardo hazırda mübarizəsi davam edir
Azərbaycanda doğulan Xose Bernardo Murad Dadaşova bildirib ki, hərbi xidmətdə olub:
"Azərbaycana sonradan gəlməmişəm, elə burada doğulmuşam. Odur ki, özümü əcnəbi hiss etmirəm. Hətta burda hərbi xidmətdə olmuşam. Mənim "Maşın"dan getmək fikrim yoxdur, ona həqiqətən ehtiyacım var, inşaAllah sona qədər burdayam. Əsgər yoldaşlarımdan dəstək gözləyirəm!"
Hərbi xidmətini Goranboyda başa vuran Xosenin bu açıqlaması  çoxları üçün gözlənilməz olub. Murad Dadaşov da öz heyrətini gizlətməyib.
Daha sonra "Bu gün iştirakçılar  məni qaralayıblar" deyən qaradərili məşhur bu sözləri ilə hər kəsi güldürüb.
Məlumat üçün bildirək ki, ANS telekanalında məhşurlaşan aparıcının atası kubalı,anası isə azərbaycanlıdır. O, müsahibələrinin birində etiraf edib ki, burada doğulub-böyüdüyüm üçün özümü Azərbaycan vətəndaşı hesab edir:
" Bakı mənim üçün çox doğmadır. Bəzən sıxıldığım anlar olub ki,  Azərbaycandan getmək istəmişəm və 3-4 aylıq Kubaya getmişəm. Orada bir müddət qaldıqdan sonra öz doğma vətənim-Azərbaycandan ötrü darıxmışam. Necə deyərlər, bura məni çəkir". (publika)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM