Bu barədə "Belqorod №1” "Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, Alekseyevsk rayonlararası istintaq şöbəsinin müstəntiqləri koronaviruslu xəstələrə baxdıqları üçün nəzərdə tutulan ödənişləri almadıqlarından şikayət edən təcili tibbi yardım işçiləri ilə görüşüblər. Tədbirdən sonra görüş iştirakçıları şəkil çəkdiriblər. Ancaq onların heç birinin üzündə maska olmayıb.
Bu səbəbdən fotonu İstintaq Komitəsinin rəsmi saytında yerləşdirməzdən əvvəl müstəntiqin üzünə "Photoshop”da maska çəkilib. Bu isə sosial şəbəkə istifadəçilər arasında gülüşlə qarşılanıb.(oxu.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !