Avropanın 9 ölkəsində oynanan “Euromillions” adlı şans oyununun qalibi Neil Trotter adlı kişi olub.
Bir neçə gün əvvələ qədər maşın təmirçisi olaraq çalışan Neil tək başına 108 milyon sterlinq qazanıb. Jurnalistlərə müsahibə verən Neil “bu həftə özümü şanslı hiss edirdim, gözlədiyim oldu” deyib. Bir neçə gün əvvəl isə 33 yaşlı sevgilisi ilə birlikdə pulunu almağa gəlib.
Məlumat üçün bildirək ki, sözügedən şans oyununda ən çox pul qazananlar Colin və Cris Veir cütlüyü olub. Onlar 2011-ci ildə 161 milyon sterlinq qazanmışdılar.
"Yeni Müsavat" qəzeti
Bizi sosial şəbəkələrdə izləyin !