Maydanın liderini ürəyindən vurdular

12:45 | 25.03.2014
Maydanın liderini ürəyindən vurdular

Maydanın liderini ürəyindən vurdular

Ukraynadakı "Sağ Sektor"un koordinatoru, "Saşa Belıy" ləqəbi ilə tanınan  Aleksandr Muzıçko qətlə yetirilib. Milli.Az Life News-a istinadən xəbər verir ki, Barmaki kəndi yaxınlığında "Tri Karasya" kafesində onun sinəsinə bir neçə atəş açıblar. Makarov tipli tapançadan açılan güllələrin biri onun ürəyinə dəyib. Şahidlərin sözlərinə görə, qatillər birinci onun paltarını cırıblar ki, Saşanın zirehli geyimdə olmadığına əmin olsunlar. Sonra isə güllələyiblər. Hadisə dünən gecə 12:00 radələrində baş verib. "Sağ Sektor"un bir neçə fəalı da qaçırılıb. Qeyd edək ki, Saşa Ukraynada dövlət çevrilişi baş verəndən sonra özünü yeni hakimiyyətin nümayəndəsi kimi hiss edib. O Rovensk rayonunun prokuroruna güc tətbiq edib. Sonra isə vilayət dumasının iclasına avtomatla gələrək deputatları hədələyib. Rusiyada Saşa Belıy barəsində cinayət işi açılıb. Rusiya tərəfinin iddiasına görə, Saşa Çeçenistanda üsyançılar tərəfdə döyüşüb və 20 nəfər rus əsgərinin qətlində günahlı bilinir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti