Mayın 20-dən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başlayacaq

14:58 | 07.05.2024
Mayın 20-dən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başlayacaq

Mayın 20-dən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başlayacaq

Mayın 20-dən Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başlayacaq. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin rəisi Rövşən Rüstəmov AZƏRTAC-a müsahibəsində  deyib.

Onun sözlərinə görə, BTQ-nin genişləndirilməsi üzrə işlərə 2023-cü ildə başlanılıb. İlkin mərhələdə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq
Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolu daşımaları Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsini artıracaq.
 
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib.
 
Layihə çərçivəsində 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindən keçən 98 km uzunluğunda Qars-Axalkalak dəmir yolu xətti çəkilib.
 
Bundan əlavə, layihə çərçivəsində 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması işləri aparılıb. Magistralın Gürcüstan hissəsinin işləri Azərbaycan tərəfindən maliyyələşdirilib və Gürcüstana 775 milyon dollar məbləğində iki güzəştli kredit verib.

Ötən ilin yazında modernləşmə ilə əlaqədar adıçəkilən dəmir yolunda hərəkət dayandırılıb.
 
Aygün 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti