Mayis Bərxudarov vəzifəsindən azad edilib

15:03 | 06.10.2024
Mayis Bərxudarov vəzifəsindən azad edilib

Mayis Bərxudarov vəzifəsindən azad edilib

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub. 
 
"Unikal” xəbər verir ki, general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM