Mübariz Əhmədoğlu: "Ukraynada proseslər sabitləşməyəcək" - AÇIQLAMA

13:45 | 12.09.2014
Mübariz Əhmədoğlu: "Ukraynada proseslər sabitləşməyəcək" - AÇIQLAMA

Mübariz Əhmədoğlu: "Ukraynada proseslər sabitləşməyəcək" - AÇIQLAMA

ANN.Az Ukraynadakı mövcud böhranla bağlı mövzunu davam etdirir."Ukrayna böhranının sabitləşməsindən danışmaq hələ tezdir, bəlkə də ümumiyyətlə qeyri-mümkündür." - Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu problemlə bağlı münasibətini bildirib.

Onun sözlərinə görə, Ukraynada hələ proseslər uzun müddət sabitləşməyəcək: "Orada proses hazırda Dağlıq Qarabağ formatına keçirilir. Həmin münaqişəni dondurub uzun müddətli danışıqlar prosesinə başlayacaqlar". Politoloq qeyd edir ki, qərb MDB məkanında prosesləri yekunlaşdırıb Rusiya əleyhinə bir nəticə əldə etməyə çalışır: "Qərbin MDB məkanında gördüyü işlərin yekunu Ukrayna məsələsində cəmləşib. Qərbin Ukrayna siyasətindən geri çəkilməsi mümkün deyil. Ola bilər ki, Qərb prosesi konservasiya etsin və 5-10 il sonra yenidən məsələyə qayıtsın". Mübariz Əhmədoğlu Ukraynada gedən proseslərin ölkənin çox ziyanına olduğunu deyib: "Dağıntılar həddindən artıq çoxdur. Amma Qərb Rusiyaya zərbə vurmaq üçün prosesi davam etdirəcək. Ukrayna ilə Suriya məsələsi arasında paralellər aparmaq olar. Fikir versək, Suriya məsələsi artıq faktiki bitmişdi. Hətta Obama Putinə təşəkkür də bildirmişdi. Üstündən bir neçə gün sonra yenidən başladıldı. Necə ki, danışıqlar müsbət bitdikdən sonra Əsədin kimyəvi silahdan istifadə etdiyinə görə ittihamlar artdı". Politoloq sonda vurğulayıb ki, Ukrayna və Suriya məsələləri bir-birini əvəz edir: "İndi ola bilər ki, Ukraynada məsələlər konservasiya olunsun və Suriyadan Rusiyanın çıxarılması məsələsi başlasın".Mehman ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM