Müdafiə nazirləri Naxçıvandadırlar - FOTOLAR

14:51 | 18.08.2014
Müdafiə nazirləri Naxçıvandadırlar - FOTOLAR

Müdafiə nazirləri Naxçıvandadırlar - FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.İ. Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərəsimi keçirilib. Gürcüstan müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Zakir Həsənov Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.Öz növbəsində, İ. Alasaniya Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib.Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.Bu gün eyni zamanda Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün avqustun 18-də Naxçıvan şəhərinə gəlib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. Yılmazın Naxçıvan şəhərinə səfəri avqustun 19-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM