ANN.Az-ın məlumatına görə, Ü.Cəfərov “facebook” hesabında verdiyi arayışda müraciət forması kimi “yoldaş” sözünün “cənab” sözü ilə əvəz olunduğunu deyib: “Müdafiə Nazirliyi sistemində dəyişiklik həyata keçirilib. Ötən həftədən başlayaraq MN-in bütün hərbi hissə və birləşmələrinə, təhsil müəsissələrinə, bir sözlə MN sistemində olan bütün şəxsi heyətə bir birinə müraciət formasi kimi "CƏNAB" sözünün işlədilməsi yazılı şəkildə Əmr edilib. Baxmayaraq ki, Silahlı Qüvvələrin Nizamnamələrində müraciət forması kimi hələ də "Yoldaş" ifadəsi göstərilib"
Mövzu ilə bağlı olaraq Müdafiə Nazirliyi mətbuat xidmətinin münasibətini öyrənməyə çalışdıq. MN mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə telefon danışığı zamanı bu haqda hər hansı məlumat verməkdən imtina edib. O bildirib ki, bu haqda Müdafiə Nazirliyinin saytında "müraciətlər" bölümü vasitəsilə sualımızı yazıb göndərməliyik. Yalnız o halda sualımıza cavab veriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, mətbuat xidmətinin rəhbərinin dediyi kimi, həmin texniki imkandan istifadə edib müraciətimizi göndərsək də, sualımız hələ də cavabsız qalıb. Məlumatı əldə edən kimi, oxucularımıza çatdıracağıq.
SeymurANN.Az