Müdafiə Nazirliyində kadr islahatı davam edir.Dünəndən bu barədə bir neçə informasiya yayılsa da, hələ ki, nazirlik sözügedən informasiyalar haqda heç bir məlumat yaymayıb. ANN.Az saytı xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bir neçə generalın da vəzifəsindən azad olunduğu barədə məlumat yayıb:“MN-nin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov tutduğu vəzifədən azad edilib. Dünəndən etibarən üç idarənin işinə MN-nin Tərbiyəvi işlər idarəsinin rəisi general-mayor Vaqif Məmmədov rəhbərlik edəcək. MN-də adı rüşvət və korrupsiya hallarında hallanan, bu yaxınlarda cəzaçəkmə müəssələrindən birindən Prezidentə açıq müraciətdə adı hallanan nazirliyin Büdcəyə nəzarət və Maliyyə İdarəsinin rəisi polkovnik Elçin Mehdiyev tutduğu vəzifədən azad edilərək cəbhə bölgəsindəki hərbi hissələrdən birinə təyin edilib. MN-nin Mühəndis istehkam xidmətinin rəisi polkovnik Mehman Qədiməliyev Bərdə Hərbi birləşməsinə aşağı vəzifəyə təyin edilib”. Üzeyir Cəfərov həmçinin bildirib ki, başqa ciddi kadr dəyişiklikləri də var: “İcazə verin bir az fasilə edək. Görək daha hansı xəbərlərlə dostlarla paylaşacağıq. Nazirlik general-polkovnik Zakir Həsənovun dünənki qərarları MN-də şok effekti yaradıb. Bəzi şəxslərin səhhətində ciddi problemlər yaranıb”.
Bizi sosial şəbəkələrdə izləyin !