Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: Zərbə məhvedici olacaq

17:30 | 17.11.2014
Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: Zərbə məhvedici olacaq

Müdafiə Nazirliyindən Ermənistana sərt xəbərdarlıq: Zərbə məhvedici olacaq

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rejiminə cavab verib.ANN.Az Trend-ə istinadən xəbər verir ki, Ermənistanın hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir. Bu barədə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gəncləri ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.Nazirlik bəyan edir ki, düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür