MDB ölkələri 2020-ci ilə qədər silahlı qüvvələrin inkişafını razılaşdırdılar

23:00 | 27.05.2015
MDB ölkələri 2020-ci ilə qədər silahlı qüvvələrin inkişafını razılaşdırdılar

MDB ölkələri 2020-ci ilə qədər silahlı qüvvələrin inkişafını razılaşdırdılar

MDB ölkələrinin baş qərargahları 2020-ci ilə qədər milli silahlı qüvvələrinin inkişafına dair konsepsiyasını hazırlayıblar. Həmin konsepsiya bu ilin payızında qəbul edilə bilər, bu barədə jurnalistlərə Rusiya Federasiyası silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimov çərşənbə günü bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.  

"Biz 2010-cu ildə qəbul edilmiş 2015-ci ilə qədər dövr üçün birlik dövlətlərinin silahlı qüvvələrinin inkişaf konsepsiyasının nəticələrini nəzərdən keçirmişik. Bizdə 2015-2020-ci illər üçün növbəti konsepsiyanın əsas müddəaları hazırlanıb.

Bütün mövqelər razılaşdırılıb və biz ümid edirik ki, bu ilin payızında konsepsiya MDB dövlətlərinin rəhbərlərinin Şurasında qəbul ediləcək”, - deyə, Gerasimov qərargah rəislərinin komitələrinin iclasının nəticələrinə görə bildirib.

Onun sözlərinə görə, iclasda MDB dövlətlərinin silahlı qüvvələrinin piyada, hava, dəniz qoşunlarının RF və birliyin digər ölkələrinin ərazilərində keçiriləcək təlimlərdə iştirakı məsələləri də müzakirə edilib.  

"Birlik dövlətlərinin silahlı qüvvələrinin vahid rabitə sisteminin yaradılması konsepsiyasının əsas müddəaları, eləcə də radiasiya, kimyəvi və bioloji şəraitdə dəyişikliklər barədə informasiya və bir sıra digər məsələləri də nəzərdən keçirilib”, - Gerasimov bildirib.

O vurğulayıb ki, iclas qənaətbəxş konstruktiv atmosferdə keçib.

"Bir çox məsələlər həll edilib, bizim silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyətini gələcəkdə müəyyənləşdirəcək bir sıra qərarlar verilib”, - Baş qərargahın rəisi bildirib.

Gerasimovun sözlərinə görə, MDB ölkələrinin silahlı qüvvələrinin əməkdaşlığı getdikcə daha çox hərbi-peşəkar ustalığın praktiki müstəvisinə keçirilir.

Komitənin işində Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti iştirak edib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM