MDB ölkələri prezidentlərinin görüşü olacaq

Dekabrın 26-da Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləc. Bu barədə MDB-nin baş katibi Sergey Lebedev Minskdə MDB İcraiyyə Komitəsində Birliyə üzv ölkələrin Daimi Nümayəndələr Şurasının növbəti iclası ərəfəsində məlumat verib.
"Dekabrın 25-26-da Sankt-Peterburqda iki mühüm tədbir keçiriləcək. Dekabrın 25-də prezidentlər səviyyəsində Ali Avrasiya İqtisadi Şurasının iclası, dekabrın 26-da isə MDB ölkələri prezidentlərinin qeyri-rəsmi görüşü gözlənilir”, - Lebedev bildirib.
Lebedev qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ötən illərdə olduğu kimi ənənəvi olaraq qeyri-rəsmi ünsiyyət qurmaq, cari məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün həmkarlarını dekabrın 26-da Sankt-Peterburqa dəvət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər