MDB sakinləri Azərbaycana can atırlar

09:03 | 12.01.2015
MDB sakinləri Azərbaycana can atırlar

MDB sakinləri Azərbaycana can atırlar

Müstəqil Dövlətlər Birliyi ölkələrinin sakinlərinin istirahət etmək üçün getmək istədikləri üç lider ölkədən biri Azərbaycandır.

Oxu.Az MDB Parlamentlərarası Assambleyasının saytına istinadla xəbər verir ki, 2014-cü ilin MDB-də Turizm İli edilməsi ilə əlaqədar bu saytda aparılan səsvermədə 216 mindən çox sakin "Siz Birliyin üzvü olan hansı ölkədə istirahət etmək istərdiniz” sualına cavab verib.

Rusiyalı turizm operatorları MDB ölkələrinə turlara tələbatın davamlı artmasını qeyd edirlər.

Onlar bildirirlər ki, turistlərin üstünlük verdiyi istiqamətlərin müəyyən edilməsində turların dəyəri mühüm rol oynayır. Uzaq xaric ölkələri ilə müqayisədə Birlik ölkələrinə turlar xeyli ucuzdur. MDB kurortlarında rahatlıq səviyyəsi isə artıq Baltikyanı ölkələrlə müqayisə edilə bilər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM