Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin məbləği açıqlanıb

12:53 | 29.05.2024
Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin məbləği açıqlanıb

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin məbləği açıqlanıb

2024-cü ilin yanvar-apreində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 53 milyon 600 manat vəsait ödənilib, bununla da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 mln. manat və ya 9,5% çox vəsait xərclənib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

4 ayda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 169 milyon manat olub.
 
Eyni zamanda hesabat dövründə Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları 1 milyard 811 milyon manat təşkil edib.

Yanvar-apreldə DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətdə 13% və ya 267 milyon manat artaraq 2 milyard 271 milyon manat olub. 
 
Ötən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri Milli Məclisdə müzakirə olunaraq, gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilib. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Aygün
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM