Məcburi köçkünlər üçün təlim yekunlaşdı - FOTOLAR

15:57 | 02.08.2013
Məcburi köçkünlər üçün təlim yekunlaşdı - FOTOLAR

Məcburi köçkünlər üçün təlim yekunlaşdı - FOTOLAR

1 may – 1 avqust tarixlərində Füzuli rayonu ərazisində məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən inşa edilən “Qayıdış” və “Zobucuq” qəsəbələrində məskunlaşan 60 iştirakçı (50 sahibkar, 10 təsərrüfatla məşğul olan şəxs) təlimlər keçirilib. ANN.Az xəbər verir ki, təlimlər  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İqtisadi İslahatlar və Sahibkarlığa Yardım Analitik Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilib. Belə ki, öncə 3-5 may  tarixlərində “Zobucuq” və “Qayıdış” yaşayış kompleksində kiçik sahibkarlığın sosial-iqtisadi durumu öyrənilməsi üçün sorğu keçirilib. Sorğu nəticəsində qəsəbədə fəaliyyət göstərən sahibkarların çox hissəsinin ticarətlə məşxul olması, az qisminin isə iaəşə və kənd təsərüfatı sahəsi ilə bağlı (tikiş, kiçik istehsalat və kənd təsərüfatı məhsullarının daxili bazar üçün əkini-biçimi) məşxul olduqları; əsas problemlərinin qəsəbəyə giriş çıxışın azlığı səbəbindən yalnız daxili bazarla məhdud ticarətlərinin olması; Azərbaycan dövləti tərəfindən daha çox faizsiz kredit gözlədiklərini; keyfiyyətli məhsulun əldə olunması, mövcud məhsulun təqdimatı və peşəkarlığın artırılması istiqamətində biliklərə ehtiyacları olduğunu müəyyən edilib.Layihə çərçivəsində yerli shaibkarlara və təsərrüfatla məşğul olan şəxslərin fəaliyyətini gücləndirmək məqsədi ilə, hər biri 12 gün olmaqla, 3 dəfə təlimlər keçirilib. 20 nəfərlik qruplar halında 3 dəfə keçirilən təlimlərin biri “Qayıdış” Məcburi Köçkün Qəsəbəsində, ikisi isə “Zobucuq” Məcburi Köçkün Qəsəbəsində keçirilib. Birinci təlim 15  – 27 may tarixlərində “Zocucuq 1” Qəsəbəsinin mərkəzinə yaxın ərazidə yerləşən “Qarabağ Otel”də baş tutdu. İştrakçılar üçün ekspertlər tərəfindən hazırlanan təlim materialları paylandı və bu istiqamətdə təlimçilər öz nəzəri, praktiki bilgilərini bölüşüblər. İkinci təlim 08  –20 iyun tarixlərində də “Qarabağ Otel”də baş tutub. Zobucuq qəsəbəsi sahibkarları üçün keçiriən hər iki təlimdə 20 olmaqla ümumilikdə 40 nəfər iştrak edirdi. Təlimçilər “Yerli Sahibkarlığın İnkişafı Metodologiyası” ilə bağlı öz nəzəri və praktik biliklərini hər bir təlimdə aşılamağa çalışdılar.Üçüncü təlim 28 iyun – 10 iyul tarixlərində “Qayıdış” qəsəbəsi sakinləri üçün qəsəbədə yerləşən “Sədaqət Şadlıq Sarayı”nda keçirildi. Yerli sahibkarlığın inkişafı üçün keçirilən təlimin sonunda könüllülük əsasında seçilmiş iki iştrakçının sahibkarlıq obyektində praktiki tətbiqat aparıldı. Bu da özü özlüyündə təlimin və layihənin davamlılığa, o cümlədən yerli sahibkarlar üçün nümunəvi praktik nəticə oldu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM