Xalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb. Bu barədə DİN məlumat yayıb.
"Medera" xəstəxanasının mühafizəçisi saxlanılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.", - məlumatda deyilib.
Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən və qulağından təzə əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün "Medera” xəstəxanasının mühafizəçisindən evinə həkim göndərməsini xahiş edib. Mühafizəçi isə həkim çağırmaqdan imtina edib. Nəticədə müğənni ilə mühafizəçi arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisənin yayılan və Anews.az-ın tanış olduğu videoan görünür ki, mühafizəçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !