Media orqanlarına ayrılan vəsaitin həcmi artırılsın - TƏKLİF

12:33 | 06.02.2023
Media orqanlarına ayrılan vəsaitin həcmi artırılsın - TƏKLİF

Media orqanlarına ayrılan vəsaitin həcmi artırılsın - TƏKLİF

Milli Məclisin deputatı Elnur Allahverdiyev media orqanlarına ayrılan maliyyə dəstəyinin həcminin artırılmasını təklif edib. Deputat bunu Milli Məclisin İqtisadiyat, siyasət,sənaye və sahibkarlıq komitəsinin 6 fevral tarixli komitə iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun müzakirəsi zamanı deyib. 
 
"Sözümün sonunda hətta təkliflə də çıxış etmək istəyirəm ki, agentlik tərəfindən media orqanlarına ayrılan maliyyə dəstəyinin həcminin artırılması tərəfdarıyan. Çünki bu gün TV-lərimiz, qəzet və informasiya agentliklərimiz də hər birimiz kimi, dövlətimizin yanında, ətrafında düşmən təbliğatı ilə mübarizə aparırlar, haqq işimizə bacardıqları tövhəni verirlər. Hesab edirəm ki, onlara edilən hər bir güzəşt və ya dəstək nəticə etibarilə bizim bu ümummilli məsələlərimizin həllinə yönəlmiş güclü stimul, kömək olacaq", - Allahverdiyev bildirib.
 
MEdianın İnkişaf Agentliyinin 2022-ci il hesabat mətbuat konfrasında qurumun sədri Əhməd İsmayılov  jurnalistlərin "MEDİA maliyyə dəstəyini bu il üçün artıracaqmı?" sualına cavab olaraq 2023-cü ilin büdcəsi təsdqiləndiyi üçün cari il üçün artırımların olması nəzərdə tutulmayıb açıqlamasını verib. 
 
Azərbaycanda 2023-cü ilin yanvarın 1-dən audiovizual media subyektləri istisna olmaqla digər bütün media subyektləri 3 il müddətinə vergidən və əlavə dəyər vergisidən azad olunur. Bu "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna edilən dəyişikliklə nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM