Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.
Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !