Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS

10:29 | 30.10.2015
Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS

Media və təhsil nümayəndələri bir araya gəldi - KONFRANS

Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda növbəti təlim konfransı keçirilib.
 
ANN.Az xəbər verir ki, Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə keçirilən təlim konfransında Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının və ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsillə bağlı QHT nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

"Media və Təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda növbəti təlim konfransının rəhbərlik etdiyi ali məktəbdə keçirilməsində məmnunluğunu ifadə edən ADNSU-nun rektoru Mustafa Babanlı tədbir iştirakçılarını salamlayıb və ölkəmizdə həyata keçirilən genişmiqyaslı təhsil islahatlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasında medianın rolunun əhəmiyyətini vurğulayıb.

Konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması, səmərəli qarşılıqlı əməkdaşlıq baxımından peşəkarlığın inkişafı ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyyələr səsləndirib.
 
Qeyd edək ki, bu təlim konfransı Təhsil Nazirliyinin "Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca IV konfransdır.

Orxan Aslanlı
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM