Məhəmməd Muradlı Serbiyada keçirilmiş turnirin qalibi oldu

14:17 | 17.07.2021
Məhəmməd Muradlı Serbiyada keçirilmiş turnirin qalibi oldu

Məhəmməd Muradlı Serbiyada keçirilmiş turnirin qalibi oldu

Serbiyanın Parasin şəhərində "Paracin 2021” beynəlxalq şahmat turniri başa çatıb.


Anews.az xəbər verir ki, ölkəmizi beynəlxalq turnirdə Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Gövhər Beydullayeva, Fərid Orucov və Ümid Aslanov təmsil ediblər.

Sevindirici haldır ki, yarışda gələbəni elə Azərbaycan təmsilçisi bayram edib. Son turdan öncə turnir cədvəlinin vahid lideri olan Məhəmməd Muradlı sonuncu turda İsrail şahmatçısı Yevgeni Postni ilə heç-heçə edərək turnirin qalibi oldu. Bundan əlavə Məhəmməd heyyətinə görə çox güclü olan turnirdə qələbə qazanmaqla, həmçinin qrossmeyster balını toplamağa nail olub.

Təmsilçilərimizdən Misrətdin İsgəndərov 7 xalla turnirin 2-4-cü yerləri bölüşdürüb. Əhməd Əhmədzadə 6,5 xalla 11-ci, Eltac Səfərli isə 6 xalla 20-ci yerin sahibi olub.

Digər təmsilçilərimiz Xəzər Babazadə, Aydın Süleymanlı və Read Səmədov 5,5 xal, Gövhər Beydullayeva və Fərid Orucov 4,5 xal, Ülvi Sadıqov 4 xal, Ümid Aslanov isə 3,5 xal toplayıb.

Turnirdə 35 ölkədən 18-i qrossmeyster olmaqla 200-ə yaxın şahmatçı iştirak edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM