• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Məhkəmə Əziz Orucovun şikayətini təmin etməyib

Məhkəmə Əziz Orucovun şikayətini təmin etməyib
27.05.2024 17:17
Bakı Apellyasiya Məhkəməsində "Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddətinij bir ay uzadılması ilə bağlı qərarından verilən apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə "Report”a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
 
Mayın 21-i Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti bir ay uzadılıb.

Martın 19-da Səbail Rayon Məhkəməsinnin qərarı ilə 2023-cü i noyabrın 27-dən həbsdə olan "Kanal 13" İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti 2 ay uzadılıb. 

Ötən il dekabrın 27-də də Səbail Rayon Prokurorluğu Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. 
 
Səbail Rayon Məhkəməsində 2023-cü il noyabrın 28-də keçirilən prosesdə Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
 
Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi qaldırılıb.
 
Aygün  
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağstafada canavarlar fermada 27 qoyunu parçalayıb
Cəmiyyət 22:40
Ağstafada canavarlar fermada 27 qoyunu parçalayıb
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Cəmiyyət 21:39
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Faktiki hava açıqlanıb
Cəmiyyət 20:28
Faktiki hava açıqlanıb
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Cəmiyyət 20:00
AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 19:18
Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya olunub
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
Cəmiyyət 19:01
“Azercell Cup 2025” müsabiqəsinin ilk seçim mərhələsi uğurla yekunlaşdı
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Cəmiyyət 18:56
Oğuzda kanaldan 80 yaşlı qadın meyiti tapılıb
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Cəmiyyət 18:54
Aprel ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Cəmiyyət 18:30
Dubaydan Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol