Məhkəmə jurnalist Cəmil Məmmədli ilə bağlı qərar verib

13:30 | 24.06.2024
Məhkəmə jurnalist Cəmil Məmmədli ilə bağlı qərar verib

Məhkəmə jurnalist Cəmil Məmmədli ilə bağlı qərar verib

Sumqayıt Apellyasiya məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə həbsdə olan jurnalist Cəmil Məmmədli  barəsində olan hökm qüvvədə saxlanılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəmil Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Cəmil Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

Məmmədli 221.2.2-ci ( xuliqanlıq) maddəsi ilə özünü qismən təqsirli bilib.

O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM