Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

10:52 | 02.11.2018
Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

Məhkəmə müğənni Təranə Qumralla bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində müğənni Təranə Qumral barəsində cinayət işi üzrə məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. 

Anews.az oxu.az-a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara görə, Təranə Qumralın apellyasiya şikayəti təmin edilməyib. 

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Təranə Qumral dörd min manat məbləğində cərimə edilib.

Müğənni Təranə Qumralla həmkarı Nazənin Salayeva arasında qalmaqal ANS-in "Bazar səhəri” verilişində başlayıb.

Nazənin Salayeva canlı efirə zəng edib və Təranə Qumrala "Səni ərimlə tutdum” deyib.

Təranə Qumral isə öz növbəsində Nazənin Salayevanın barəsində xoş olmayan ifadələr işlədib.

Buna görə də Nazənin məhkəməyə müraciət edib.
Nazənin məhkəmədə həyat yoldaşının Təranə Qumralla intim münasibəti olduğunu sübut edib.

Təranə Qumralın Nazənin Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməsi, dediklərinə təkzib verməsi barədə qərar verilib.

Lakin Təranə Qumral məhkəmə qərarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti