Məhkəmə Mursi haqda qərar qəbul etdi

18:10 | 02.06.2015
Məhkəmə Mursi haqda qərar qəbul etdi

Məhkəmə Mursi haqda qərar qəbul etdi

Misir məhkəməsi edam hökmü çıxarılaraq sənədlərini müftiliyinə göndərilən sabiq prezident Mursinin qərarını 16 iyun tarixinədək təxirə saldı.

Avropa.info xəbər verir ki, sabiq prezident Məhəmməd Mursi may ayının 16-da hakim qarşısına çıxarılaraq "həbsxana basqını” və "casusluq” ittihamları ilə ölüm hökmünə məhkum olunmuşdu. 

Misir qanunlarına görə edam hökmü çıxarılan məhkumlar haqda qəti qərar çıxarılmazdan qabaq onların sənədləri Misir müftiliyinə göndərilir 

Müfti də məsələylə bağlı münasibətini bildirdikdən sonra məhkəmə məhkum haqda qəti qərarını verir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM