Sabiq polkovnik Nəcməddin Sadıqovu ittiham edib - MƏHKƏMƏDƏN REPORTAJ

16:41 | 18.09.2023
Sabiq  polkovnik Nəcməddin Sadıqovu ittiham edib - MƏHKƏMƏDƏN REPORTAJ

Sabiq polkovnik Nəcməddin Sadıqovu ittiham edib - MƏHKƏMƏDƏN REPORTAJ

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə iclasına hakim Rafiq Abbasov sədrlik edir. Sonuncu məhkəmə iclasında prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin tərtib etdiyi ittiham aktının nəticə hissəsini elan edib.

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Vəzifədə olduğu müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox mənimsədə təqsirləndirilir. Belə ki, Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələr alaraq mənimsəyib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. 

İttiham aktının elanı bitdikdən sonra hakim sözü təqsirləndirilən şəxsə verib. Məlikməmməd Qurbanov  özünü qismən təqsirli bildiyini döyləyib. 
 
"Hərbi qulluqçu olduğum üçün  verilən tapşırıqları icra etmişəm, dövlətə vurduğum zərəri isə tam ödəmişəm. Sərbəst ifadə vermək istəmirəm, sualları  cavablandırmağa hazıram”. 

Məlikməmməd Qurbanov sualları cavablandırarkən vurğulayıb ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətli təmin etmək olub. 
 
”Ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsaq da, hamısı bir şəxsə məxsus idi. Ancaq mən burda həmin şəxsin adını çəkməyəcəm. Bircə onu deyə bilərəm ki, həmin şəxsin işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyinin tapşırığı ilə həyata keçib. Alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində Aftandil Abdıyev 20 milyon manat nağdılaşdıraraq hissə-hissə mənə verib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manatı rəhbərliyin tapşırığı ilə hazırda dünyasını dəyişən nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manatı isə  Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərclərinə və şəxsi xərclərimiz üçün nəzərdə tutulmuşdu”, Qurbanov bildirib. 
 
Polkovnik daha sonra suallara cavab olaraq deyib ki, abadlıq işləri ilə bağlı bir, avtomobillərin ehtiyat hissələri ilə bağlı isə  başqa şirkətlərlə əməkdaşlıq ediblər. 
 
"Onlardan da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdılaşdırılaraq mənə verilib.  Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat pul verilib. Həmin pulu da istintaq zamanı  dəymiş zərər kimi qaytarmışam”, - Polkovnik vurğulayıb.


Məlikməmməd Qurbanov məhkəmədə keçmiş qərargah rəisi Nəcməddin Sadıqovun adını çəkib.
 
 
"Mən onun tapşırıqlarını icra edirdim. Alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıqova vermişəm. Kimə nə qədər pul verilməli olduğun o müəyyən edib. Düzdür şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülüməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə mən işlərin icrasını həyata keçirmişəm”, -  Qurbanov deyib. 

Təqsirləndirilən şəxs ifadəsini başa vurduqdan sonra məhkəmə şahidlərin dindirilməsi məhrhələsinə  keçib. İlk olaraq Müdafiə Nazirliyinin Tibb xidmətində çalışmış polkovnik-leytenant Ziyafət Həsənov ifadə verib. 

Məhkəmə davam edir. 

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovun tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox vəsaiti mənimsədə təqsirləndirilir.
 
İstintaq nəticəsində  bəlli olub ki, Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği  şirkət nümqyəndələrindən nağd şəkildə alaraq mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət içi qaldırılıb. Təqsirli olub olmadığı məhkəmə gedişində müəyyən edilməlidir. 
 
Günel Əlyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM