Mehmet Akçay: “Türkiyə Rusiya qədər Krıma iddia edə bilər” AÇIQLAMA

17:06 | 10.09.2014
Mehmet Akçay: “Türkiyə Rusiya qədər Krıma iddia edə bilər” AÇIQLAMA

Mehmet Akçay: “Türkiyə Rusiya qədər Krıma iddia edə bilər” AÇIQLAMA

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Çerniqiv Texnologiya Universitetinin tələbələri ilə görüşü zamanı Krım yarımadasının Rusiyaya məxsus olmadığını deyib: “Əzəli rus torpağından bəhs etsək, Krımın kimə aid olduğunu açıq-aydın görərik. Krım Rusiyaya aid deyil. Krım tatarları köklü xalq olaraq bu mövzuda daha çox hüquqlara sahibdir”. 

Kuçma Krım tatarlarının demoqrafik üstünlüyünü xatırladaraq, yarımadada qanuni idarəetmə orqanları yarandıqdan sonra Türkiyəyə birləşmək üçün referendum keçirilməsinin mümkün olduğunu açıqlayıb. Kuçmanın bu açıqlaması rezonansa səbəb olub. Mövzu ilə bağlı ANN.Az xəbər portalı Azərbaycan Kipr Türk Cəmiyyətinin sədri Mehmet Akçayın münasibətini öyrəndib. Akçayın fikirlərini təqdim edirik: 

“Osmanlı ilə Rusiya arasında imzalanan Kiçik Qaynarca müqaviləsinin maddələrinə baxsaq, Kuçmanın çıxışında haqlı tərəflər çoxdur. 1768-1774-cü illərdə Osmanlı-Rus müharibəsinin nəticəsində imzalanan Kiçik Qaynarca razılaşmasının üçüncü maddəsinə görə, Krım tatarları heç bir dövlətə tabe olmayacaq, öz xanlarını özləri seçəcək və müsəlman olduqları üçün Osmanlı padşahının öhdəsində olan xilafətə tabe olacaqlar. 

10 mart 1779-cu ildə imzalanan Aynalıkavak təhkimnaməsinə görə, Krımda fövqəladə vəziyyət yaranarsa, hər iki tərəfin razılşamasına uyğun olaraq məsələ həll olunmalıdır. 

Əslində Qaynarca müqaviləsi Türkiyənin də Krım üzərində ruslar qədər haqqının olduğunu sübut edir. Beynəlxalq hüquqa əsasən, Türkiyə Rusiya qədər Krıma iddia edə bilər". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür