“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı qısametrajlı film nümayiş olunub

Oktyabrın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi "Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyniadlı qısametrajlı filmin təqdimatı keçirilib.
Film 4 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.
Film mətbuat, televiziyalarda yayımlanacaq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaq.
Tədbirdə iştirak edən Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyev, Azərbaycan Milli Məclisin deputatları Müşfiq Cəfərov, Vüqar İsgəndərov, İlham Məmmədov, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Kamran Mayılov və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir.
Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur.
Tədbir ərəfəsində "Narkomaniya və digər pis vərdişlərə qarşı mübarizədə maarifləndirmə işinə göstərdiyi diqqətə görə” AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, prorektor Orxan Naqdiyev və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri Şahmar Rəfili Narkotizmlə Mübarizə İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 