Məktəb və xəstəxanaları təmiz saxlamayanlar cərimə olunacaq

16:51 | 11.12.2015
Məktəb və xəstəxanaları təmiz saxlamayanlar cərimə olunacaq

Məktəb və xəstəxanaları təmiz saxlamayanlar cərimə olunacaq

Azərbaycanda təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə sanksiyalar müəyyənləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsinə daxil edilib.

Yeni layihəyə əsasən, təhsil və tibb müəssisələrində sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə 200 manatdan 300 manatdək cərimə tətbiq ediləcək.

Bununla yanaşı, qanunvericiliklə müəyyən edilmiş sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin nəqliyyatda pozulmasına görə 70 manatdan 100 manatdək cərimə olacaq.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM