Məleykə Abbaszadə: "Xeyli işlər görülməlidir"

11:47 | 12.09.2018
Məleykə Abbaszadə:

Məleykə Abbaszadə: "Xeyli işlər görülməlidir"

"Qiymətləndirmə təhsilalan və təhsilverənlərin fəaliyyətini istiqamətlən­dir­mək­də, təhsilin keyfiyyətinə nəzarəti təmin etməkdə vacib amildir. Mühüm cəhət ondan ibarətdir ki, islahatların həyata keçirilməsi prosesində qiymətləndirmənin məzmun və forması da xeyli dəyişikliyə məruz qalır"

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Mleykə Abbaszadə deyib. O, bildirib ki, dəyişiklik, ilk növbədə qiymətlən­dirmənin bilik və bacarıqları aşkara çıxarmaqla yanaşı, qabiliyyət və kompetensiyaları müəyyən etməyə imkan yaratmasında da özünü göstərir.

"Lakin bu, dəyişikliklər prosesinin, ümumiyyətlə, təhsil islahatlarının rəvan, problemsiz getməsi demək deyildir. Xüsusilə məktəb­daxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq lazımdır. Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər". 

M.Abbaszadə qeyd edib ki, ümumtəhsil müəssisələrinin V, VI, VII və VIII sinif şagirdləri üçün keçirilən monitorinq imtahanlarının məzmununun müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən işlər ölkədə məktəb təhsili sahəsində aparılan islahatları izləməyə və qiymətləndirməyə imkan verir: "Buna uyğun olaraq mövcud qiymətləndirmə vasitələri təkmilləşdirilir, yeniləri hazırlanıb tətbiq edilir. Onların yalnız bilikləri deyil, həm də bacarıq və qabiliyyətləri aşkara çıxarmaq imkanları araşdırılır. Belə qiymətləndirmə tapşırıqları işlənib hazırlanarkən qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqarı ilə yanaşı, diaqamlar, sorğular, esselər, sxemlər, cədvəllər, mətnlər, situasiya tapşırıqlarından istifadə olunması da diqqət mərkəzində saxlanılır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM