"Məğlub olan Vaşinqton özüdür. Özü özünə məktəbu yazır. Azərbaycan hər zaman beynəxalq prinsipləri qoruyub. ABŞ isə özünün sözünə baxan şəxslər axtarışdadır. Azərbaycan Prezidenti müharibə perspektivini heçə endirib. Ermənistan isə yarımçıq sülh müqaviləsini imzalanmasında maraqlıdır. Ermənistan sülh tərəfdarı idisə nə üçün başından bunu etmirdilər? Regionun hərbi siyasi gücü kimi Azərbaycan heçkimə imkan verməyəcək”, - deputat oktyabrın 8-də Milli Məclisdə çıxışı zamanı deyib.
Bir neçə gün öncə Prezident bildirib ki, Azərbaycana sanksiya təklifinin müəllifi Amerika Dövlət Departamentinin Dövlət katibidir.
"Mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”, - Əliyev söyləyib.
Bundan əvvəl Amerika Konqresinin 60 konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !