ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup” superturniri davam edir.
"Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib. Həmyerlimiz fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşıb. Görüş heç-heçə başa çatıb.
VI tur
Fabiano Karuana (ABŞ) – Sergey Karyakin (Rusiya) 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Xikaru Nakamura (ABŞ) – Levon Aronyan (Ermənistan) 0,5:0,5
Aleksandr Qrihuk (Rusiya) – Maqnus Karlsen (Norveç) 0,5:0,5
Uesli So (ABŞ) – Vişvanatan Anand (Hindistan) 0,5:0,5
Altı turdan sonra Karuana 4 xal ilə turnir cədvəlində liderliyə yüksəlib. 2-5-ci yerləri hərəyə 3,5 xal ilə Qrişuk, Karlsen, Məmmədyarov və Aronyan bölüşür. 6 və 7-ci pillələrdə 3 xalla Anand və Vaşye-Laqrav qərarlaşıb. Növbəti yerləri So (2,5 xal) və Nakamura (2) tutur, Karyakin isə 1,5 xal ilə turnir cədvəlini qapayır.
Şənbə günü keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov Karyakinlə qarşılaşacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !