Belarusda dövlət xidmətçilərinə xarici banklarda hesab açmağa və biznes fəaliyyəti ilə məşğul olmağa qadağa qoyulmasına hazırlıq gedir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qadağa ictimai müzakirəyə təqdim olunan “Korrupsiya ilə mübarizə haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə görə xarici banklarda yalnız məhdud qaydada, yəni xarici dövlətdə dövlətə məxsus funksiyanı yerinə yetirənlər hesab aça bilərlər.Belarus prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl məmurların və onların qohumlarının gəlirləri və mülkiyyətinə daha ciddi nəzarət mexanizmi tətbiq ediləcəyi barədə xəbərdarlıq edib: “Xalq bilməlidir ki, məmurlar və onların qohum-əqrabaları necə yaşayırlar, onların övladlarının pulu və mülkiyyəti haradandır. Mənim fikrimcə, bu, normal beynəlxalq təcrübədir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !