"Mən əslində 3 min yaşlı vampirəm" - İlon Maskdan şok etiraf

18:30 | 27.02.2020

"Mən əslində 3 min yaşlı vampirəm" - İlon Maskdan şok etiraf

Sosial mediada son vaxtlar "SpaceX" şirkətinin sahibi İlon Mask haqqında yeni fərziyyələr ortaya çıxıb.

Anews.az "Yeni Sabah"-a  istinadən xəbər verir ki, İlon Maskın zaman səyahətçisi olduğu iddia olunur. Buna sübut olaraq da Reymond Kollişou adlı gənc pilotun I Dünya Müharibəsi dövründən qalma fotosu paylaşılır. Foto 1914-cü ildə Kanadada çəkilib. Həmin fotodakı oğlanın İlon Mask olduğu deyilir.

Mask isə haqqındakı iddialara maraqlı reaksiya verib.
 
"Mən əslində üç min yaşında bir vampirəm. Əsrlərdir ki, saxta şəxsiyyətlərin ardına gizlənirəm", - deyə iş adamı kinayə ilə bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM