"MƏN": Papaqçı: "İndi hamı başıaçıq gəzir"

11:00 | 22.04.2015

"MƏN": Papaqçı: "İndi hamı başıaçıq gəzir"

Şərqlilər üçün papaq təkçə geyim, bədənin əsas üzvü olan başı soyuqdan, istidən qorumaq üçün vasitə deyil. Papaq həm də şərq kişisinin namusu, qeyrəti, şərəf və ləyaqətidir.

Qədim dövlərdə kişilər ilin fəslindən asılı olmayaraq onu hər vaxt daşıyırdılar. Əgər onu çıxarmaq lazım gəlirdisə, mütləq elə bir yer olmalı idi ki, papağın əzilməsi, yerə düşməsi halları baş verməsin. Əks təqdirdə bunu özlərinə təhqir hesab edərdilər. 

Papaqçılıq qədim sənətdir. Hətta dahi Azərbaycan şairi Nizami Gəncəvi oğlu Məhəmmədə yazdığı "Nəsihət" şeirində də bu sənətin adını qeyd edir və ona verilən yüksək dəyəri nümayiş etdirir: 

Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

ANN.TV-nin yeni "Postcard" rubrikasinin qonağı bu qədmi peşənin nümayəndəsi Usta Kamildir. Onunla söhbəti oxucuların diqqətinə təqdim edirik:

Hazırladılar: Babək Mirzəzadə
Rasim Əliyev
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb