ötən gün Mingəçevirdə məktəbli Kərimov Orxanın ölümü ilə nəticələnən cinayət hadisəsi baş verib.
"Qafqazinfo"ya danışan yeniyetmənin ailə üzvləri hadisənin təfərrüatı ilə bağlı məlumat veriblər.
"Orxan dedi ki, ana, mənə bir manat ver, gedib marketdən sup alıb gətirim yeyim. Ət yeyən deyildi, dedim, get al, gəl. 15-20 dəqiqə keçdi, gördüm ki, balam gəlmədi. Əkiz qardaşı Ayxan qaçıb gəldi ki, ana, Orxan evdə yoxdur? Evdən çıxdım ki, Əlvan beş dəfə tapançadan atəş açaraq balamı qanına qəltan edib. Araşdırsanız, özünüz də görəcəksiniz ki, narkomandır, bura gələndən birini bıçaqlayıb, birini baltalayıb. Bir sözlə, qəsəbəyə gələndən dünyanı dağıdır".
Qətlə yetirilən Orxanın əkiz qardaşı Ayxan isə hadisəni belə xatırlayır:
"Orxanla evdə oturmuşduq, marketə getdi, mən də arxasınca yollandım. Marketin qarşısına çatanda silah səsi eşitdim. Qabağa qaçanda gördüm ki, heç kəs yoxdur. Gördüm ki, qardaşımın meyiti yerdədir, öldürüb tullayıb ora".
Məlum olub ki, qətli törədən Əlvan Qasımov daha əvvəl də yaşadıqları "Yeni həyat" qəsəbəsində daha bir yeniyetmənin sağlamlığına zərər vurub. Bu iddia ilə qəsəbə sakini İsmayılova Mahirə çıxış edib:
"Özüm Xocalı sakiniyəm, uşağım ruhi xəstədir. Oğlumu üç nəfərlə qruplaşıb döyüb, çənəsini sındırmışdılar. Hazırda oğlumun çənəsində həmin zədə qalır. Oğlum cavandır, buna görə də şikayətçi olmadı. Amma bir ana kimi mənim sinəmdə o hadisə yara kimi qalıb. Əlvana ömürlük cəza verilməlidir. Bu, artıq onun törətdiyi neçənci cinayətdir".
Qeyd edək ki, rəsmi məlumata görə, Əlvan Qasımov məktəblini şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə "Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq qətlə yetirib.
O, hadisədən sonra polis tərəfindən saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !