Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

13:43 | 22.11.2013
Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib

“Bakıda aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”. 

ANN.Az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, siyahıda AMEA-da çalışmayanların adları da var imiş: “Siyahıdan belə şəxslərin adları çıxarılıb”.

AMEA preziddenti jurnalistlər kimi, alimlər üçün də mənzillər tikilməsini arzuladıqlarını söyləyib: “Bu, niyyətdir və bununla bağlı ölkə prezidenti qarşısında təşəbbüslə çıxış etmək istəyirik. Jurnalistlər şəhərciyi kimi alimlər şəhərciyi də olsun”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM