Məqsəd Nurun həyat yoldaşı intihar etdi

12:42 | 19.03.2015
Məqsəd Nurun həyat yoldaşı intihar etdi

Məqsəd Nurun həyat yoldaşı intihar etdi

Bakıda intihar hadisəsi baş verib. 

Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti Məqsəd Nurun həyat yoldaşıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM