Mərakeşdə erməni təxribatının qarşısı alınıb

Mərakeş Krallığında keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.Bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi məlumat yayıb.
Sentyabrın 11-15-də Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FINIFA) çərçivəsində erməniəsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik "All I need” filminin sentyabrın 13-də nümayişinin planlaşdırılması nəzərdə tutulub.
Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi "Artsax” olaraq göstərilməsi məlum edilib. Həmçinin filmdə qondarma "erməni soyqırımı”na da istinad edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 21:22
İlham Əliyev: Hər lider iqlim dəyişikliyi ilə bağlı öz ölkəsində məsuliyyət daşımalıdır

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər




















